Liviya Milli Ordusu Tripoli aeroportunu ələ keçirib
Feldmarşal Xəlifə Haftarın başçılıq etdiyi Liviya Milli Ordusu Tripoli beynəlxalq hava limanı üzərində nəzarəti tam ələ keçirdiklərini elan edib.
YeniAvropa xarici mətbuata istinadla xəbər verir ki, müvafiq bəyanat Silahlı Qüvvələrin rəsmi “Facebook” səhifəsində yerləşdirilib. Məlumatda hava limanının yaxın bir neçə saat ərzində paytaxtdakı digər vacib obyektlərin ələ keçirilməsi üçün meydan olacağı qeyd edilir.
Qeyd edək ki, Tripoli beynəlxalq aeroportu 2014-cü ildə gedən ağır döyüşlər zamanı tam dağıdılıb və artıq 5 ildir fəaliyyət göstərmir.
"Al Arabiya" telekanalının yaydığı digər xəbərə görə, Liviya Milli Ordusunun hissələri bir qədər əvvəl Tripolinin mərkəzindən 10 kilometr məsafədə yerləşən Hallya-əl-Furcan rayonuna daxil olub. Hələlik bu informasiya rəsmən təsdiqlənməyib.
Xatırladaq ki, aprelin 4-də Xəlifə Haftar paytaxt Tripolinin silahlı qruplaşmalardan azad olunması üzrə hərbi əməliyyatın başladığını elan edib. Bəzi məlumatlara görə, Haftarın tərəfdarları paytaxtın cənub-şərq hissəsində bir neçə rayona nəzarəti ələ keçirib. Paytaxta nəzarət edən və beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilən Milli Razılıq Hökumətinin rəhbəri Faiz Sarac özünə tabe olan bütün hərbi birləşmələri tam döyüş hazırlığı səviyyəsinə gətirmək əmri verib.
Hazırda ölkədə ikihakimiyyətlilik hökm sürür: şərqdə - Tobruk şəhərində seçkilərdə qələbə qazanan parlament, qərbdə - paytaxt Tripolidə isə BMT və Avropa İttifaqının dəstəyi ilə qurulan Milli Həmrəylik Hökuməti fəaliyyət göstərir. Ölkənin şərq hissəsinin hakimiyyət orqanları Tripoliyə tabe olmur və Liviya Milli Ordusunun komandanı Xəlifə Haftarla əməkdaşlıq edir.
Zakir Həsənov Slovakiyada rəsmi səfərdədir
Hindistan Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
Faktiki hava:Bəzi rayonlarıa küləyin sürəti saniyədə 28 metrə çatır
İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib
AFFA “Turan Tovuz”la “Qarabağ”ı cərimələyib
Hazırda "bp"də 2401 nəfər Azərbaycan vətəndaşı çalışır
Əlcəzairli qadın Olimpiya çempionu kişi çıxıb
Tələbələrimiz ilk dəfə Tacikistanda təhsil alacaqlar
UEFA Avropa Liqası: “Qarabağ”ın səfər oyununa hakimi bəlli olub
Azərbaycan Şanxay Beynəlxalq İdxal Sərgisində təmsil olunur
Sabah Bakıda arabir yağış yağaca,14° isti olacaq
Paşinyanın qadın namizədi ədliyyə naziri təyin edilib
MİDA Sumqayıt və Lənkəranda tikdiyi mənzilləri satışa çıxarır
İlham Əliyev Qırğızıstana izgüzar səfərə gedib
Cari ildə “Azəri-Çıraq-Günəşli”dən 13 milyon ton neft çıxarılıb
Daxili İşlər Nazirliyi qadın əməkdaşlar üçün müsabiqə keçirir
İndiyədək BTC kəməri ilə 583 milyon ton neft nəql edilib
Cüdoçumuz Fərhad Rəcəbli 12 qat dünya çempionu olub
ABŞ-da prezident seçkiləri keçirilir
AQTA nöqsanlar aşkarlanan “Can Ciyər” kafesini bağlatdırıb
Azərbaycan nefti 76,19 dollara satılır
Küləkli hava şəraiti sabah səhər saatlarınadək davam edəcək
"İnterpol"la axtarılan şəxs Almaniyadan Azərbaycana ekstradisiya edilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb
Bakıda Dünya dini liderlərinin III Sammiti keçirilir