logo

Ərdoğan və Putin Moskvada Mədəniyyət İlinin açılışında iştirak edəcəklər

15:35 06-04-2019 | icon 2828
Ərdoğan və Putin Moskvada Mədəniyyət İlinin açılışında iştirak edəcəklər

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan aprelin 8-də Moskvada Türkiyə-Rusiya Mədəniyyət İlinin açılışı mərasimində iştirak edəcəklər.

 YeniAvropa "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov bildirib. Səfir əlavə edib ki, Moskva səfəri çərçivəsində iki dövlət başçısı 2019-cu ildə üçüncü görüşünü keçirəcəklər və bu danışıqlar onların arasında qarşılıqlı anlaşma mühitinin daha da yaxşılaşmasına kömək edir. Diplomatın sözlərinə görə, Mədəniyyət İli çərçivəsində keçiriləcək tədbirlər iki ölkə xalqlarının mədəni irsinin təbliği və daha da yaxınlaşması baxımından faydalı olacaq.

A.Yerxov diqqətə çatdırıb ki, Türkiyə-Rusiya Mədəniyyət İlinin açılışı mərasimi Moskvanın Böyük teatrında keçiriləcək. Onun sözlərinə görə, rəsmi hissədən sonra prezidentlər “Troya” operasına tamaşa edəcəklər.

Rəcəb Tayyib Ərdoğan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının doqquzuncu iclasında da iştirak edəcək.