logo

Yaponiyada Bahar bayramında 10 gün istirahət edəcəklər

10:57 06-04-2019 | icon 3045
Yaponiyada Bahar bayramında 10 gün istirahət edəcəklər

Yaponiyada qarşıda gözlənilən Bahar bayramı ilə əlaqədar aprelin 25-dən mayın 5-dək davam tətil elan edilib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki,  bu il ilk dəfə olaraq yaponlar “qızıl həftə” adlandırdıqları bayram tətili 7 gün deyil , 10 gün sürəcək. Buna səbəb kimi həmin günlərdə ölkə üçün mühüm əhəmiyyət kəsb edən yeni İmperatorun taxta çıxması göstərilir.

Odur ki,  fürsətdən istifadə edərrək, istirahət günlərində rekord sayda insan səyahətə yollanacaq.

Yaponiyanın aparıcı “JTB” turizm agentliyinin apardığı sorğunun nəticələrinə görə, abayram günlərində təqribən 25 milyon insanın həm ölkə daxilinə, həm də onun hüdudlarından kənara səyahət edəcəyi gözlənilir. Bu, ötən ilin həmin göstəricisindən təqribən 300 min nəfər çoxdur.

Həmin göstəricinin, eyni zamanda, “JTB” turizm agentliyi tərəfindən həmin proqnozun aparılmağa başladığı 1969-cu ildən bəri ən yüksək rəqəm olduğu da bildirilir.