logo

Xorvatiyanın sabiq baş naziri 6 il müddətinə həbs edilib

22:08 05-04-2019 | icon 3115
Xorvatiyanın sabiq baş naziri 6 il müddətinə həbs edilib

Xorvatiyanın Ali Məhkəməsi korrupsiyada günahlandırılan sabiq baş nazir İvo Sanaderin həbs müddətini 6 ilədək uzadıb.

YeniAvropa xəbər verir  ki, İ.Sanaderi qərar veriləndən dərhal sonra həbsxanaya aparıblar. 2003-2009-cu illərdə Xorvatiyanın baş naziri olmuş İvo Sanader qərarla razılaşmadığını və günahsız olduğunu deyib. Məhkəməyə təqdim edilən materiallara əsasən, İ.Sanader vəzifədə olduğu zaman hökuməti Zaqrebdə yerləşən bir binanı şişirdilmiş qiymətə almağa məcbur edib. Belə ki, bina üçün ödənilən 10 milyon avronun 2,3 milyonunun sabiq baş nazirin şəxsi hesabına köçürüldüyü iddia olunur. İ.Sanader digər korrupsiya ittihamları üzrə də vaxtaşırı məhkəmə qarşısında cavab verib. Sabiq baş nazir qərarla bağlı Konstitusiya Məhkəməsinə müraciət edəcəyini bildirib.