Ümumdünya Karate Federasiyası (WKF) yeni Olimpiya reytinqini açıqlayıb.
YeniAvropa xəbər verir ki, ilk 20-likdə Azərbaycanın 3 karateçisinin adı yer alıb. Milli komandamızın lideri Rafael Ağayev (75 kq) italiyalı Luici Busadan sonra ikinci yerdə qərarlaşıb. Qeyd edək ki, İspaniyada keçirilən 54-cü Avropa çempionatında R.Ağayev məhz L.Busaya məğlub olaraq gümüş medalla kifayətlənib. Dünya çempionu İrina Zaretska (61 kq-dan yuxarı) da ikinci pillədə qərarlaşıb. Bu çəkidə yunan Eleni Çatziliadou reytinq cədvəlinin lideridir.
Digər təmsilçimiz Firdovsi Fərzəliyev (67 kq) isə 12-ci pilləyə yüksəlib.