logo

Ankaranın on bir rayonunda bülletenlər təkrar sayılacaq

23:14 03-04-2019 | icon 2947
Ankaranın on bir rayonunda bülletenlər təkrar sayılacaq

Martın 31-də Türkiyədə keçirilmiş bələdiyyə seçkilərində səsvermə ilə bağlı edilmiş şikayətlə əlaqədar Ankara vilayətinin 11 rayonunda bülletenlər təkrar sayılacaq.

YeniAvropa  "Anadolu" agentliyinə istinadla xəbər verir ki, səslərin təkrar sayılması ilə bağlı şikayət hakim Ədalət və İnkişaf Partiyası tərəfindən edilib.

Qeyd edək ki, ilkin nəticələrə görə, səsvermədə Ədalət və İnkişaf Partiyasının namizədi Cümhuriyyət Xalq Partiyasının namizədindən təxminən 2 faiz az səs toplayıb.