Aprelin 5-7-də İtaliyanın Pesora şəhərində bədii gimnastika üzrə mövsümün ilk dünya kuboku yarışları keçiriləcək.
YeniAvropa xəbər verir ki, turnirin fərdi yarışlarında ölkəmizi Zöhrə Ağamirova və Veronika Qudis təmsil edəcəklər.
Aliyə Paşayeva, Siyana Vasileva, Diana Əhmədbəyli, Ayşən Bayramova və Zeynəb Hümmətovadan ibarət qrup hərəkətləri komandamız da birincilik uğrunda mübarizə aparacaq.
Xatırladaq ki, aprelin 26-28-də növbəti dünya kuboku yarışlarına Bakıdakı Milli Gimnastika Arenası ev sahibliyi edəcək.