Əlcəzair Konstitusiya Şurası Prezident Əbdüləziz Buteflikanın istefası məsələsini müzakirəyə çıxarıb.YeniAvropa xəbər verir ki, "Algerie-direct" portalının yaydığı məlumata görə, Əbdüləziz Buteflika səhhəti səbəbindən istefaya getmək istəyi barədə Konstitusiya şurasının rəhbərinə müraciət edib.
Əlcəzair konstitusiyasının 102-ci maddəsinə əsasən, prezident səhhəti ilə əlaqədar vəzifələrini icra edə bilmədikdə Konstitusiya Şurasına müraciət etmək hüququna malikdir. Qurum isə öz növbəsində xüsusi iclas çağıraraq müraciəti müzakirə etməlidir. Bundan sonra ölkə parlamenti prezidentin vəzifəsindən vaxtından əvvəl getməsinə dair səsvermə keçirməlidir.
Prezidentin istefasından sonra Xalq Şurasının spikeri Əbdülqadir Bensaleh dövlət başçısı funksiyalarını növbəti üç ay ərzində öz