logo

Almaniyanın  BMT Təhlükəsizlik Şurasının sədrliyi başlayıb

16:30 03-04-2019 | icon 3143
Almaniyanın  BMT Təhlükəsizlik Şurasının sədrliyi başlayıb

Bu həftə Almaniya son yeddi ildə ilk dəfə olaraq yenidən BMT Təhlükəsizlik Şurasına başçılıq etməyə başlayıb.

YeniAvropa xəbər verir  ki,  federal xarici işlər naziri Hayko Maas estafeti fransalı həmkarı Jan-İv Le Driandan qəbul edib.

Bu iki ölkə BMT Təhlükəsizlik Şurasında sədrliyin bir ay davam etdiyini nəzərə alaraq simvolik şəkildə razılaşıblar ki, növbəti dəfə bir-birinin ardınca gələn iki sədrlik dövrünü müəyyən mənada “İki ay müddətinə birgə ikili sədrlik” kimi qəbul edəcəklər.

Maas Nyu-Yorkda deyib: “Biz bu sədrliyi qəbul etməklə öz üzərimizə necə məsuliyyət götürdüyümüzü başa düşürük”.

Xatırladaq ki, bu ilin əvvəlində Almaniya iki il müddətinə BMT-nin bu ən mühüm orqanının tərkibinə daxil olub və hazırda o, sədr vəzifəsində bir-birini əvəz edən 10 üzv dövlətdən biridir.