Gürcüstanın öz ərazisindən taxıl tranziti qaydalarını dəyişməsi erməniləri pis vəziyyətdə qoyub.
YeniAvropa erməni KİV-nə istinadla xəbər verir ki, yeni qaydalara görə, erməni sahibkarlar qonşu ölkənin ərazisi ilə çəkisi 40 tondan artıq olan yük maşınlarını keçirə bilməyəcəklər.
Un istehsalı ilə məşğul olan erməni sahibkarlar bildiriblər ki, artıq nəqliyyat xərclərinin azaldılması üçün üç qoşqulu treylerlərin 40 tondan artıq taxıl daşıması mümkün olmayacaq. Bu qaydalar 2017-ci ildə qəbul olunsa da, gürcü sərhədçilər onların icrasına cari ilin mart ayının sonunda başlayıblar. Belə ki, erməni sahibkarın taxıl yüklənmiş avtomobili saxlanılıb və külli miqdarda cərimə edilib.
2019-cu il oktyabrın 1-dən isə Gürcüstan hökuməti öz ərazisindən avtomobil yolu ilə taxıl daşınmasını qadağan etməyə hazırlaşır.