Türkiyənin Ali Seçki Komissiyasının sədri Sadi Güven ölkədə keçirilən bələdiyyə seçkiləri ilə bağlı məlumat verib.
YeniAvropa xəbər verir ki, S.Güven seçkinin sona çatdığını, məlumatların partiyalara bildirildiyini qeyd edib. Diqqətə çatdırıb ki, bu gün yerli vaxtla saat 15.00-dək etirazlar qəbul ediləcək. Etiraz edilən bölgələrə əsasən qərar iki gün içində veriləcək. Etiraz olmayan yerlərdə isə seçilən şəxslər iş başına keçə biləcəklər.
Qeyd edək ki, seçkinin son nəticələrinə görə, Ankara, İstanbul və İzmir Böyükşəhər Bələdiyyə sədrliyi vəzifələrində Cümhuriyyət Xalq Partiyasından olan namizədlər qərarlaşıblar.