logo

İranda 5,2 bal gücündə zəlzələ baş verib

17:56 01-04-2019 | icon 2996
İranda 5,2 bal gücündə zəlzələ baş verib

İranın qərbində - Kirmanşah əyalətində 5,2 bal gücündə zəlzələ baş verib.

YeniAvropa yerli KİV-ə istinadla xəbər verir ki, bu barədə Tehran Universiteti Seysmologiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, episentri Sumar qəsəbəsinin 10 km dərinliyində yerləşən zəlzələ yerli vaxtla 14:37–də qeydə alınıb. Kirmanşah valisi Huşəng Bazvənd təbii fəlakət nəticəsində insan tələfatının olmadığını bildirib.