logo

"Saudi Aramco" neft şirkəti 2018-ci ildə dünyanın ən gəlirli şirkətidir

17:31 01-04-2019 | icon 3101
"Saudi Aramco" neft şirkəti 2018-ci ildə dünyanın ən gəlirli şirkətidir

"Saudi Aramco" neft şirkəti 2018-ci ildə dünyanın ən gəlirli kompaniyası elan olunub.

YeniAvropa "Bloomberg" agentliyinə istinadla xəbər verir ki, bu barədə “Moody's və Fitch” reytinq agentliyi məlumat yayıb. Ekspertlər Səudiyyə Ərəbistanı kompaniyasının xalis gəlirini 111,1 milyard dollar həcmində qiymətləndirib.

Bu göstərici ikinci və üçüncü yerlərdə qərarlaşan "Apple" və "Samsung" kompaniyalarının nəticələrini xeyli üstələyir. Belə ki, ötən il bu kompaniyalar müvafiq olaraq 59,5 və 35,1 milyard dollar vəsait qazanıb.

Ekspertlərin qənaətinə görə, "Saudi Aramco" neft şirkətinin ötən ilki xalis qazancı "Apple", "Google" və "Exxon Mobil" kompaniyalarının ümumilikdə götürülən gəlirindən də çoxdur.