Aprelin 1-də NATO-nun hərbi gəmiləri Gürcüstanın Poti limanına daxil olublar.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, NATO-nun ikinci daimi hərbi-dəniz qrupuna Niderland, Kanada, İspaniya, Türkiyə və Fransa Hərbi Dəniz donanmalarının gəmiləri daxildir. Gəmilər Gürcüstandan və Ukraynadan olan tərəfdaşları ilə “Dəniz sipəri” əməliyyatlarında iştirak edəcəklər.
Xatırladaq ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Donald Kuk” gəmisi bu il yanvarın sonunda Batumi limanına gəlib.
Gəmilər aprelin 4-də limanı tərk edəcəklər.