Son iki gündə havaların kəskin dəyişməsi – güclü külək, çovğun, yağış və qar yağması Gürcüstan paytaxtında və bölgələrində ciddi fəsadlar törədib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, torpaq sürüşməsi nəticəsində paytaxt Tbilisinin Çavçavadze küçəsində iki nəfər uçqunlar altında qalaraq ölüb.
Paytaxtın bəzi ərazilərində külək ağacları aşırıb.
Ən böyük ziyan Qərbi Gürcüstanın İmereti bölgəsinə dəyib. Güclü külək 17 evin damını uçurub, 15 ağacı kökündən qopardıb.
Xaraquli rayonunda bir nəfər küləyin aşırdığı ağacın altında qalaraq ciddi xəsarət alıb.
Şimal bölgələrində, xüsusən də Rusiyaya gedən yolda avtomobillərin hərəkətində problemlər yaranıb.