Aprelin 6-7-də İtaliyanın Liqnano şəhərində gənclər arasında cüdo üzrə Avropa kuboku yarışları keçiriləcək.
YeniAvropa Beynəlxalq Cüdo Federasiyasının saytına istinadla xəbər verir ki, Azərbaycan yarışda 6 çəki dərəcəsi üzrə 16 cüdoçu ilə qatılacaq. Turnirdə Rövşən Əliyev, Əhməd Yusifov, Rəşxan və Rəşad Baxşəliyevlər (60 kq), Davud Abbaslı və Nurlan Osmanov (66 kq), Zaməddin Poladov, Paşa Əliyev, Yaqub Cavadov, Rəşid Məmmədəliyev (73 kq), Vüsal Şamilov, Kamil Məmmədov (81 kq), Zaur Dünyamalıyev, Əkbər Quliyev (90 kq), Abdulla İsmayılov və Süleyman Yaqubov (100 kq) mübarizə aparacaqlar.
Qitə kubokunda ümumilikdə 35 ölkədən 600-dən çox idmançı gücünü sınayacaq.