logo

“Subaru” 133 minə yaxın avtomobili geri çağırır

11:10 01-04-2019 | icon 3031
“Subaru” 133 minə yaxın avtomobili geri çağırır

Yaponiyanın tanınmış istehsalçısı "Subaru" Çin bazarında satdığı 132 min 954 avtomobili təhlükəsizlik məsələlərinə görə geri çağırır.

YeniAvropa xəbər verir  ki, bu haqda Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyasının internet səhifəsində məlumat yerləşdirilib. Bildirilir ki, aprelin sonunda başlanacaq geri çağırma prosesi 90 min 631 "Forester", 41 min 703 "XV" və 620 ədəd "Impreza" modelindən olan avtomobili əhatə edəcək.

İstehsalçı şirkətin qənaətinə görə, həmin avtomobillərin silikon tərkibli təmizləyici vasitələrindən əmələ gələn qaz "stop" işıq siqnalını sızaraq, elektrik kontaktını əsə bilər. Bu, arxadan hərəkət edən avtomobilləri çaşdıraraq, toqquşmalara səbəb ola bilər. "Subaru" qüsurlu hissələri öz hesabına dəyişəcək.