logo

İtaliyada elektrik enerjisi və qazın qiyməti aşağı düşəcək

09:12 01-04-2019 | icon 2996
İtaliyada elektrik enerjisi və qazın qiyməti aşağı düşəcək

İtaliyada bu ilin aprelin əvvəlindən elektrik enerjisinin qiyməti 8,5 faiz, qazın qiyməti isə 9,9 faiz aşağı düşəcək.

YeniAvropa xəbər verir  ki, bu haqda İtaliyanın “corrierequotidiano.it” portalı məlumat yayıb. Xəbərdə qeyd edilib ki, bu barədə ölkənin energetika idarəsindən məlumat verilib.

Qiymətlərin aşağı düşməsinə səbəb topdansatış enerji bazarlarında xammal qiymətlərinin azalmasıdır.

Məlumatda bildirilir ki, qiymətlər ötən illə müqayisədə bu ilin ilk rübü ərzində enməyə başlayıb.