logo

Exit-poll: Ukraynada prezident seçkilərinin ikinci turunda Zelenski və Poroşenko iştirak edəcək

21:37 31-03-2019 | icon 5208
Exit-poll: Ukraynada prezident seçkilərinin ikinci turunda Zelenski və Poroşenko iştirak edəcək

Ukraynada keçirilən prezident seçkiləri ilə bağlı “exit-poll”un ilkin nəticələri açıqlanıb.

 YeniAvropa xəbər verir  ki, Ukraynanın 3 yerli təşkilatının apardığı “exit-poll”un nəticələrinə görə, 30,4 faiz Vladimir Zelenski, 17,8 faiz Petro Poroşenko, 14,2 faiz Yuliya Timoşenko, 9,8 faiz Yuri Boyko, 7,1 faiz isə Anatoli Qriçenko seçicilərin səsini toplayıb.

Digər milli təşkilatların keçirdiyi “exit-poll”un nəticələrinə görə, prezidentliyə namizədlər Zelenski 30,7 faiz, Poroşenko 18,6 faiz, Timoşenko 13,9 faiz seçicilərin səsini qazanıb.

Aparılan “exit-poll”ların nəticələrinə əsasən prezident seçkilərinin ikinci turunda Zelenski və Poroşenko mübarizə aparacaq.

Prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək.

Ukrayna MSK-sı 44 nəfərin prezidentliyə namizədliyini qeydə alsa da, sonradan 5 nəfər namizədliyini geri götürüb. Seçki bülletenində 39 namizədin adı qeyd olunub. Ukraynanın seçki tarixində bu, rekord göstəricidir. Ona görə də seçki bülleteni rekord uzunluqda 80 sm-dir.