logo

Türkiyənin Dənizli bölgəsində zəlzələ baş verib

19:44 31-03-2019 | icon 2870
Türkiyənin Dənizli bölgəsində zəlzələ baş verib

Türkiyənin Dənizli şəhərinin Acıpayam bölgəsində 4.9 bal gücündə zəlzələ baş verib.

YeniAvropa yerli KİV-ə istinadla xəbər verir  ki,  yerin 6.98 kilometr dərinliyində baş vermiş yeraltı təkan Dənizli ilə yanaşı, İzmir, Aydın və Muğla şəhərlərində də hiss olunub. Zəlzələ əhali arasında təşvişə səbəb olub.

Hələlik dağıntı və insan tələfatı barədə məlumat yoxdur.

Qeyd edək ki, martın 20-də bölgədə 5.5 bal gücündə yeraltı təkan qeydə alınmışdı.