Azərbaycan parakarateçisi Sahib Əhədov İspaniyanın Quadalaxara şəhərində keçirilən 54-cü Avropa çempionatının qalibi olub.
YeniAvropa xəbər verir ki, parakarate üzrə milli komandanın üzvü, dünya ikincisi Sahib Əhədov gözdən zəif idmançılar arasında üç idmançıdan ibarət qrupda moldovalı və rusiyalı rəqiblərini qabaqlayaraq 39,94 xalla qrup lideri olub. Gürcüstanlı Zviadi Vasadze ilə həlledici görüşdə 43,58 xal toplayan idmançımız qızıl medal qazanıb.
Qeyd edək ki, parakarateçilər arasında üç dərəcə üzrə keçirilən Avropa çempionatında 16 ölkədən 46 idmançı mübarizə aparır.