Türkiyədə keçirilən bələdiyyə seçkiləri yüksək seçici fəallığı şəraitində davam edir.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan martın 31-də günorta saatlarında İstanbulun Üsküdar rayonunda Saffet Çebi orta məktəbindəki seçki məntəqəsində səs veriblər.
Dövlət başçısı səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib: “Səsvermənin gedişini müəyyən vaxta qədər İstanbulda izləyəcəyəm. İstanbulda mətbuat konfransından sonra Ankaraya gedəcəyəm”.
Türkiyə prezidenti Malatya vilayətindəki seçki məntəqəsində namizədlərin tərəfdarları arasında baş verən silahlı münaqişəyə də münasibət bildirib: “Pütürgedəki hadisələr bizi narahat etdi. Belə bir hadisə baş verməməli idi”.