Türkiyənin Malatya vilayətinin Pötürge rayonunda seçki məntəqəsində iki nəfər güllələnib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, yerli vaxta saat 10.30-da baş verən qanlı hadisə səsvermə zamanı yaranan dava nəticəsində baş verib. Öldürülən şəxslər tapançadan açılan atəşlə vurulub.
Hadisə ilə əlaqədar bölgəyə əlavə təhlükəsizlik qüvvələri cəlb olunub.