logo

“Shamkir Chess 2019” : Teymur Rəcəbov dünya çempionuna qarşı

14:02 31-03-2019 | icon 3682
“Shamkir Chess 2019” : Teymur Rəcəbov dünya çempionuna qarşı

Martın 31-də tanınmış şahmatçı, mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2019” superturnirinin birinci turnirinin partiyaları oynanılacaq.

YeniAvropa xəbər verir  ki, birinci turda Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov ağ fiqurlarla dünya çempionu norveçli Maqnus Karlsen ilə üz-üzə gələcək. Şəhriyar Məmmədyarov isə qara fiqurlarla Rusiya təmsilçisi Aleksandr Qrişuk ilə görüşəcək.

Digər partiyalarda isə Aniş Giri (Hollandiya) bolqarıstanlı Veselin Topalov, rusiyalı Sergey Karyakin çinli Dinq Liren, Vişvanatan Anand (Hindistan) isə Çexiya təmsilçisi David Navara ilə qarşılaşacaqlar.

Doqquz turdan ibarət “Shamkir Chess 2019” superturnirinə aprelin 9-da yekun vurulacaq.