Azərbaycan karateçiləri İspaniyanın Quadalaxara şəhərində keçirilən 54-cü Avropa çempionatında gümüş və bürünc medal qazanıblar.
YeniAvropa xəbər verir ki, milli komandanın lideri Rafael Ağayev (75 kq) italiyalı Luici Busadıra uduzaraq gümüş medalla kifayətlənib. Finaladək dörd döyüş keçirən R.Ağayev yarımfinalda zədə aldığı üçün uğur qazana bilməyib.
Komandamızın digər üzvü Asiman Qurbanlı bürünc medal qazanıb. Əvvəlki mərhələlərdə rəqiblərinə xal verməyən A.Qurbanlının yarımfinalda Conatan Horne (Almaniya) ilə görüşü heç-heçə başa çatsa da, hakimlər qələbəni rəqibə veriblər.