logo

Bu gün Ukraynada "sükut günü"dür

17:59 30-03-2019 | icon 3031
Bu gün Ukraynada "sükut günü"dür

Sabah Ukraynada keçiriləcək prezident seçkiləri ilə bağlı martın 30-da ölkədə "sükut günü"dür.

 YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, qanunvericiliyə əsasən,  ölkədə prezidentliyə bu və ya digər namizədin lehinə hər hansı təşviqat kampaniyası aparılması qadağan olunur.

Əgər seçkilərdən sonra  qalib müəyyən edilməzsə, o zaman ikinci tur üçün təşviqat kampaniyası  təkrar səsvermənin təyin olunduğu günün sabahısı başlayacaq.

Xatırladaq ki, Ukraynada prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası rəsmən 2018-ci il dekabrın 31-də başladılıb. Ölkənin Mərkəzi Seçki Komissiyası seçkilərə 44 namizədi buraxsa da, sonradan onlardan 5 nəfəri martın 7-dək könüllü olaraq seçkilərə qatılmaqdan imtina edib. Beləliklə, bülletenlərdə 39 namizədin adı olacaq.

Seçkilər ərəfəsində ölkədə aparılan rəy sorğularına əsasən, şoumen-aparıcı Vladimir Zelenski , "Batkivşina" lideri Yuliya Timoşenko və  hazırkı prezident Petro Poroşenko ən çox seçisi səsləri toplamaq imkanıbna malikdirlər.

Seçki Məcəlləsinə görə, ilk turun rəsmi nəticələri aprelin 10-dək elan ediləcək, namizədlərdən heç biri 50% həddini aşa bilməsə, aprelin 21-də ikinci tur keçiriləcək. Onun nəticələri isə mayın 1-dək açıqlanacaq.

Prezidentin andiçmə mərasimi iyunun 3-dək keçiriləcək.