logo

Tbilisi-Bakı marşrut avtobusu qəzaya uğradı: 3 nəfər xəsarət aldı

15:51 30-03-2019 | icon 3766
Tbilisi-Bakı marşrut avtobusu qəzaya uğradı: 3 nəfər xəsarət aldı

Martın 30-da səhər saatlarında “Araz Trans” MMC-yə məxsus Tbilisi-Bakı marşrutu üzrə sərnişin daşıyan iritutumlu avtobusun qəzaya uğraması nəticəsində ciddi xəsarət alan olmayıb.

Bu barədə YeniAvropa-ya Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova məlumat verib.

O bildirib ki, qəza nəticəsində 3 nəfər yüngül xəsarət alıb.

“Araz Trans” MMC-nin rəhbəri Bəsti Məmmədova isə avtobusun sürücüsü ilə müqaviləyə bazar ertəsi xitam veriləcəyini söyləyib. O, sürücünün Gürcüstan vətəndaşı olduğunu deyib.