Türkiyədə bu gün bələdiyyə seçkiləri öncəsi "sükut günü"dür.
YeniAvropa yerli KİV-ə istinadən xatırladır ki, sabah – 31 mart tarixində Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək.
Səsvermə yerli vaxtla bəzi ərazilərdə saat 7:00-da, digərlərinda isə saat 8:00-da başlanacaq.
Ali Seçki Komissiyası və ölkənin Radio və Televiziya Təşkilatı səsverməyə 24 saat qalmış seçkilərlə bağlı reklam nümayişini dayandırıb.
Seçkilərlə bağlı ölkənin bütün ərazisində güclü təhlükəsizlik tədbirləri görülür.