logo

Cüdoçumuz Tbilisi Qran-Prisində bürünc medal uğrunda mübarizə aparacaq

19:11 29-03-2019 | icon 3136
Cüdoçumuz Tbilisi Qran-Prisində bürünc medal uğrunda mübarizə aparacaq

Martın 29-da Tbilisidə Azərbaycan komandasının da qatıldığı qadın və kişi cüdoçular arasında Qran-Pri turniri başlayıb.

YeniAvropa xəbər verir  ki, turnirin ilk günündə cüdoçularımızdan yalnız İsmayıl İbrahimov (66 kq) medal görüşlərinə vəsiqə qazanıb. Təmsilçimiz yarımfinalda İsrail təmsilçisi Tal Flikerə cərimə xalları ilə məğlub olub. İ.İbrahimov növbəti mərhələdə bürünc medal uğrunda görüşə çıxacaq.