Antalya şəhərində Türkiyə və Rusiya arasındakı birgə strateji planlaşdırma qrupunun 7-ci iclası keçirilib.
YeniAvropa xəbər verir ki, iclasda iştirak edən nümayəndə heyətlərinə Türkiyə və Rusiyanın xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrov rəhbərlik ediblər.
İclasdan sonra nazirlər birgə mətbuat konfransı keçiriblər. İkitərəfli münasibətlərin inkişaf dinamikası, o cümlədən ticarət və viza sahələrində əldə olunan razılaşmalar yüksək dəyərləndirilib.
Qeyd edək ki, Antalya görüşü Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin iştirakı ilə aprelin 8-də Moskvada keçirilməsi nəzərdə tutulan Yüksək Səviyyədə Əməkdaşlıq Şurasının iclasına hazırlıq məqsədi daşıyır.