Azərbaycan karateçisi Rafael Ağayev İspaniyanın Qvadalaxara şəhərində start götürən Avropa çempionatının finalına yüksəlib.
YeniAvropa xəbər verir ki, 75 kq çəki dərəcəsində mübarizə aparan Rafael Ağayev finala gedən yolda Yusid Sulyiçi (Bosniya və Herseqovina), Bekim Başanı (Albaniya), Elhami Şabanini (Kosovo) və Stanislav Horunanı (Ukrayna) mübarizədən kənarlaşdırıb. O, həlledici görüşdə italiyalı Luici Busa ilə üz-üzə gələcək.
Qeyd edək ki, final qarşılaşması martın 30-da keçiriləcək.