logo

Qazaxıstanın yeni prezidenti ilk xarici səfərini Rusiyaya edəcək

23:31 28-03-2019 | icon 2968
Qazaxıstanın yeni prezidenti ilk xarici səfərini Rusiyaya edəcək

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ilk xarici səfərini aprelin 3-də Rusiyaya edəcək.

 YeniAvropa  “Kazinform” agentliyinə istinadla xəbər verir ki, bu barədə respublika prezidentinin mətbuat xidməti məlumat yayıb.

Kaşım-Jomart Tokayev rəsmi səfər zamanı Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

Mətbuat xidmətindən verilən məlumata əsasən, siyasi, iqtisadi-ticarət və mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlıq, həmçinin aktual regional və beynəlxalq mövzular Qazaxıstan və Rusiya prezidentlərinin görüşünün gündəliyini təşkil edəcək. Səfər çərçivəsində bir sıra ikitərəfli sənədlərin imzalanacağı da gözlənilir.