Rumıniya ordusu “Kalaşnikov” avtomatlarından imtina edib, Plopeni şəhərində İtaliya silah istehsalçısı Beretta şirkəti ilə əməkdaşlıq quraraq “ARX-160” avtomatlarının istehsalına başlayacaq.
YeniAvropa xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Nikolae Bedeleu məlumat verib. Nazir qeyd edib ki, ölkə NATO standartlarına uyğun olaraq köhnə silahlardan imtina etməlidir. Vurğulayıb ki, avtomatlar yalnız ölkə ordusunun istifadəsi üçün deyil, həm də ixrac üçün istehsal olunacaq.