Qazaxıstan silahlı qüvvələrində "Mİ-8" helikopterlərinin istifadəsi müvəqqəti dayandırılıb.
YeniAvropa xəbər verir ki, bu helikopterlərdən orduda Qızıl Orda vilayətində baş vermiş qəzanın səbəbləri araşdırılanadək istifadə edilməyəcək.
Xatırladaq ki, martın 27-də Qazaxıstanın Qızıl Orda vilayətində Mi-8 hərbi helikopterinin qəzaya uğraması nəticəsində 13 hərbçi ölüb. Hazırda hadisə yerində xüsusi komissiya işləyir.