Martın 31-də Türkiyədə keçiriləcək növbəti bələdiyyə seçkilərində ölkə üzrə 57 milyon vətəndaş səsvermədə iştirak etmək hüququna malikdir.
YeniAvropa xəbər verir ki, Ali Seçki Komissiyası (ASK) səsvermə məntəqələrinin fəaliyyətə hazırlığını təsdiq edib. Bildirilir ki, seçki məntəqələrində 194 min 390 səsvermə qutusu qoyulub. Ölkə üzrə 1 milyon 156 min vətəndaş ilk dəfə səs verəcək.