Rusiya prezidenti Vladimir Putin Qırğızıstanda rəsmi səfərdədir.
YeniAvropa Qırğızıstan prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, dövlət başçılarının görüşündə əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində geniş müzakirələr aparılıb. Tərəflər siyasi, ticari-iqtisadi, mədəni-humanitar, hərbi-texniki, təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparıblar.
Görüşün sonunda dövlət başçılarının birgə bəyanatı qəbul olunub, bütün sahələr üzrə əməkdaşlığın yeni mərhələyə qaldırılması ilə bağlı 17 sənəd imzalanıb.