Türkiyə Silahlı Qüvvələri ilə Milli Təhlükəsizlik Təşkilatı (MİT) Qəndil dağlarında birgə uğurlu antiterror əməliyyatı keçirib.
YeniAvropa rəsmi mənbələrə istinadla xəbər verir ki, bu əməliyyatda PKK-nın rəhbərlərindən hesab edilən Cemil Bayıkın ən etibarlı adamlarından olan Rıza Altun və onun yaxın ətrafının yerləşdikləri ərazi bombalanıb.
Bildirilir ki, əməliyyat məlumatları əsasında PKK mənsublarının toplantı keçirəcəkləri müəyyən olunub. Beləliklə, antiterror əməliyyatı nəticəsində PKK-nın xarici əlaqələrini koordinasiya edən "Navdar" ləqəbli Mikail Özdemir, terror təşkilatının sözçüsü "Serhat Varto" ləqəbli Emrullah Dursun və Kandil üzrə aparıcı şəxs "Sinan Sor" ləqəbli Ali Aktaş məhv edilənlər arasında olublar. Yaralanan Rıza Altunun aqibəti isə bəlli deyil.
Terrorçuların Abu Bakra kəndinə getdikləri pilotsuz uçuş aparatı tərəfindən müəyyən olunub və yerləşdikləri yer dəqiq koordinasiya ilə qırıcılar tərəfindən bombalanıb.