Güləş yığmalarımız aprelin 8-dən 14-dək Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa çempionatının son hazırlığına start veriblər.
YeniAvropa Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, sərbəst və yunan-Roma güləşi üzrə millilərimiz Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışı başlayıb.
Qadınlardan ibarət yığmamız isə sonuncu toplanışı Ukraynada keçir. Hazırlıq aprelin 8-dək davam edəcək. Komandamız Buxarestə də Kiyevdən yollanacaq.
Qeyd edək ki, qitə birinciliyinin reqlamentinə əsasən, aprelin 8-10-də sərbəst, 10-12-də qadın, 12-14-də isə yunan-Roma güləşçiləri mübarizə aparacaqlar.