Vüqar Həşimovun xatirəsinə həsr olunan ənənəvi “Shamkir Chess 2019” turniri keçiriləcək
Martın 30-da Şəmkirdə tanınmış şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan ənənəvi “Shamkir Chess 2019” super turniri start götürəcək.
YeniAvropa xəbər verir ki, altıncı dəfə keçiriləcək Vüqar Həşimov Memorialında qrossmeysterlərimiz Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov ilə yanaşı, hazırkı dünya çempionu norveçli Maqnus Karlsen, keçmiş dünya çempionu Vişvanatan Anand, hollandiyalı Aniş Giri, çinli Dinq Liren, rusiyalı Aleksandr Qrişuk, Sergey Karyakin, çexiyalı David Navara və bolqarıstanlı Veselin Topalov iştirak edəcəklər.
Heyətinə görə ilin ən güclü yarışlarından biri olacaq turnirin ümumi mükafat fondu 100 min avro təşkil edəcək.
Qeyd edək ki, ötənilki Şəmkir turnirinin qalibi norveçli dünya çempionu Maqnus Karlsen olub