logo

Azərbaycan-Litva oyununda qalib müəyyənləşmədi

20:49 25-03-2019 | icon 3325
Azərbaycan-Litva oyununda qalib müəyyənləşmədi

 

Bugün Azərbaycan millisinin Litva millisi ilə yoldaşlıq görüşü başlayıb.

YeniAvropa xəbər verir  ki, “Bakcell Arena”da keçirilən oyunu Rumıniyadan olan hakimlər briqadası idarə edib.

Komandamızın start heyətində meydana Səlahət Ağayev, Qara Qarayev, Maksim Medvedev (k), Bədavi Hüseynov, Araz Abdullayev, Ramil Şeydayev, Eddi İsrafilov, Rüfət Dadaşov, Anton Krivotsyuk, Riçard Almeyda və Təmkin Xəlilzadə çıxıb.

Bakı vaxtı ilə saat 18:00-da başlayan Azərbaycan-Litva oyunun birinci hissəsndə millimiz hesabı açmağa yaxın olsa da, rəqibin müdafiəçiləri inamlı oynayıb. İlk hissə qolsuz bərabərliklə başa çatıb. 

Qarşılaşmanın ikinci hissəsi millimizin üstünlüyü ilə yadda qalıb. Milli komandamız rəqibin qapısı qarşısında bir neçə dəfə təhlükəli vəziyyət yaradıb. Son 15 dəqiqə ərzində baş məşqçi Nikola Yurçeviç dördüncü hücumçunu meydana buraxmasına baxmayaraq, rəqib qapısını toxunulmaz saxlamağa nail olub: 0-0 .

Qeyd edək ki, UEFA-nın təqvim reqlamentinə əsasən, hər iki komanda "EVRO-2020"nin seçmə mərhələsində ikinci turu buraxıb. İlk turda Azərbaycan səfərdə Xorvatiyaya, Litva isə Lüksemburqa eyni hesabla uduzub - 1:2.

Xatırladaq ki, həm Nikola Yurçeviç, həm də Valdas Urbonas baş məşqçi olduqları yığmanı bu il ilk dəfə yoldaşlıq görüşündə sınaqdan çıxarıblar. Bu komandalar əvvəllər 2 dəfə qarşılaşıblar. 1998-ci ildə Estoniyanın Vilyandi şəhərində təşkil olunmuş matçda Azərbaycan 2:1, 2008-ci ildə Vilnüsdə baş tutmuş qarşılaşmada Litva 1:0 hesabı ilə qalib gəlib. Bundan əlavə, iki ölkə yığması həm də ilk dəfə Bakıda üz-üzə gəlib.