Türkiyə ilə Rusiya arasında vətəndaşların şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər etməsi müzakirə olunur.
YeniAvropa "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlama verib.
Nazir bildirib ki, martın 28-də bu mövzunu rusiyalı həmkarı Sergey Lavrovla Antalya şəhərində müzakirə edəcək. Məsələ ilə bağlı növbəti danışıqlar isə geniş tərkibli heyətlərin iştirakı ilə aprelin 8-də Moskva şəhərində davam etdiriləcək.