Türkiyənin Ali Seçki Komissiyası (ASK) martın 31-də bələdiyyə seçkilərinin keçirilməsinə tam hazır olduğunu açıqlayıb.
YeniAvropa yerli KIV-' istinadla xəbər verir ki, Komissiyanın sədri Sədi Güvən seçici siyahılarının təsdiqləndiyini, seçki məntəqələrinin səsverməyə hazırlandığını deyib. Komissiya sədri bildirib ki, ölkənin şərq və cənub-şərq bölgələrində yerləşən 31 vilayətdə səsvermə yerli vaxtla saat 7-dən 16-dək, digər bölgələrdə isə saat 8-dən 17-dək davam edəcək.