logo

Tailandda parlament seçkiləri üçün səsvermə başa çatıb

20:51 24-03-2019 | icon 3073
Tailandda parlament seçkiləri üçün səsvermə başa çatıb

Tailandda 2011-ci ildən bəri ilk dəfə keçirilən ümumi parlament seçkiləri ilə əlaqədar səsvermə başa çatıb.

 YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, yerli vaxtla səhər 8:00-da başlayan səsvermə saat 17:00-dək davam edib.

Ölkənin Seçki Komissiyasının ilkin məlumatına əsasən, 500 yerlik parlamentdə "Taylar üçün" partiyası 123, "Xalq-dövlət gücü" 91, "Bhumjaithai" 39, "Demokrat" 35, "Gələcəyə baxış" partiyası isə 29 yer qazanıb.

Rəsmi nəticələr daha sonra elan olunacaq.

Xatırladaq ki, Tailandda parlament seçkiləri 2015-ci ildə keçirilməli idi. Sonradan ölkədə nğvbədənkənar parlament seçkiləri elan edildi və 20 iyul 2014-cü ildə keçilən parlament seçkilərində hakim "Taylar üçün" partiyası sonuncu parlament seçkilərində 265 , demokratlar isə 159 mandat əldə etsə də,  seçkilərin saxtalaşdırıldığı iddiası ilə onun nəticələri ləğv edildi. Ölkədə hərbi çevriliş baş verdi . Parlament seçkilərinin keçirilməsi məsələsi bir neçə dəfə təxirə salındı. Nəhayət bu ilin yanvarında tailand kralı ölkədə parlament seçkilərinin yeni tarixini elan etdi. 

2-6