FİFA referisi Əliyar Ağayev Avro-2020-nin seçmə mərhələsinin oyununa təyinat alıb.
YeniAvropa AFFA-nın saytına istinadla xəbər verir ki, o, martın 24-də Varşava şəhərindəki “Narodovy” stadionunda keçiriləcək Polşa – Latviya qarşılaşmasını idarə edəcək.
Ona Rza Məmmədov və Namiq Hüseynov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.