Çinin Ciansu vilayətində kimyəvi məhsullar istehsal edən zavodda baş verən partlayış və ardınca yaranan yanğın nəticəsində ölənlərin sayı 64-ə çatıb.
YeniAvropa yerli hökumətin məlumatına istinadla xəbər verir ki, martın 21-də sənaye parkındakı kimyəvi məhsullar istehsal edən zavodda baş verən güclü partlayış və meydana gələn yanğın nəticəsində yaralananlardan 21-nin vəziyyəti kritik olaraq qalır. Ümumilikdə, 650 nəfərə tibbi yardım göstərilib. Ətrafdakı istehsalat sahələrindən və yaşayış binalarından 3 min fəhlə və minə yaxın sakin təxliyə edilib.
Çin Xalq Respublikasının Sədri Si Cinpin axtarış işlərinin sürətləndirilməsi barədə tapşırıq verib. BMT-nin baş katibi Antonio Quterreş hadisə ilə əlaqədar başsağlığı verib.
Qeyd edək ki, partlayış və yanğın ətraf əraziyə ciddi ziyan vurub. Yaxınlıqdakı digər istehsal sahələri dağılıb, binaların şüşələri sınıb. Orta məktəblərdə və uçaq bağçalarında dərslər təxirə salınıb.