Martın 22-də futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə qrup mərhələsində birinci turun digər qarşılaşmaları keçiriləcək.
YeniAvropa xəbər verir ki, ikinci oyun günündə 3 qrupda 7 görüş təşkil olunacaq.
Günün maraq doğuran oyunu A qrupunda yer alan İngiltərənin “Uembli” stadionunda Çexiya ilə qarşılaşmasıdır. B qrupunda mübarizə aparan son Avropa çempionatının qalibi Portuqaliya isə öz meydanında Ukrayna ilə münasibətlərə aydınlıq gətirəcək.
Dünya çempionu Fransa H qrupunda səfərdə Moldovanı sınağa çəkəcək. Qonşu ölkə Türkiyə də seçmə mərhələdəki ilk oyununu səfərdə keçirəcək. Komanda Albaniyanın müqavimətini qırmağa çalışacaq.
Günün bütün oyunları aşağıdakılardı:
A qrupu
21:00. Bolqarıstan – Monteneqro
23:45. İngiltərə - Çexiya
B qrupu
23:45. Lüksemburq – Litva
23:45. Portuqaliya – Ukrayna
H qrupu
23:45. Albaniya – Türkiyə
23:45. Andorra – İslandiya
23:45. Moldova – Fransa