“EVRO-2020”nin seçmə oyunu çərçivəsində Zaqrebdəki "Maksimir" stadionunda Bakı vaxtı ilə saat 23:45-də Xorvatiya və Azərbaycan milli komandaları üz-üzə gələcək.
YeniAvropa xəbər verir ki, Xorvatiya və Azərbaycan milli komandalarının start heyətləri açıqlanıb. Komandaların start heyəti aşağıdakı kimidir:
Xorvatiya: 12. Lovre Kaliniç, 2. Yosip Brekalo, 3. Borna Barişiç, 4. İvan Perişiç, 5. Duye Çaleta-Tsar, 7. İvan Rakitiç, 8. Mateo Kovaçiç, 9. Andrey Kramariç, 10. Luka Modriç (k.), 20. Bruno Petkoviç, 21. Domaqoy Vida.
Azərbaycan: 1. Səlahət Ağayev, 2. Qara Qarayev, 3. Şəhriyar Rəhimov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev (k.), 6. Bədavi Hüseynov, 10. Mahir Mədətov, 11. Ramil Şeydayev, 13. Dmitri Nazarov, 14. Eddi İsrafilov, 20. Riçard Almeyda.
Qeyd edək ki, matçın baş hakimi Georgi Kabakovdur. Ona Martin Marqaritov və Divan Valkov yan xətt hakimləri, Nikola Popov dördüncü hakim qismində kömək edəcək.
Xatırladaq ki, bu görüş xorvatiyalı mütəxəssis Nikola Yurçeviçin Azərbaycan yığmasının baş məşqçisi kimi öz ölkəsində debütüdür.