logo

Tokio Olimpiya Oyunlarının məşəli sakura çiçəyinə bənzəyəcək

20:47 21-03-2019 | icon 3150
Tokio Olimpiya Oyunlarının məşəli sakura çiçəyinə bənzəyəcək

Tokioda 2020-ci ildə keçiriləcək Olimpiya Oyunlarının məşəlinin dizaynı sakura çiçəyinə bənzəyəcək.

 YeniAvropa  xəbər verir ki, bu barədə oyunların təşkilat komitəsi Olimpiya məşəli estafetinin başlanmasına təqribən bir il qalmış məlumat verib.

Bildirilir ki, məşəlin hündürlüyü 71 santimetr, çəkisi təqribən 1,2 kiloqram olacaq. Onun yuxarı hissəsi sakura çiçəyinin ləçəkləri şəklində beş hissəyə ayrılacaq. Məşəlin konstruksiyası elə qurulub ki, beş ləçəkdən gələn od birləşərək vahid forma alacaq.

Məşəlin rənginin isə çəhrayı-qızılı olacağı bildirilir. Təşkilat komitəsi bu rəngi “sakura və qızıl” adlandırıb.