Çinin Ciansu vilayətində kimyəvi məhsullar istehsal edən zavodda baş verən partlayış nəticəsində azı 6 nəfər ölüb, 30 nəfər yaralanıb.
YeniAvropa yerli hökumətin məlumatına istinadla xəbər verir ki, hadisə Yançen şəhərindəki sənaye parkında baş verib. Güclü partlayış nəticəsində ətrafdakı digər istehsal sahələri dağılıb, yaxınlıqdakı evlərin şüşələri sınıb. Dağıntılar altında fəhlələrin qaldığı güman olunur. Ərazidə yaranan güclü yanğın uzaq məsafədən görünür.
Hadisə yerinə 176 yanğınsöndürən avtomobil, habelə xeyli polis və mülki müdafiə işçisi, təcili yardım briqadaları cəlb olunub.