logo

Bu gün “Avro-2020” seçmə oyunlarına start veriləcək

17:31 21-03-2019 | icon 3346
Bu gün “Avro-2020” seçmə oyunlarına start veriləcək

Bu gün futbol üzrə Avropa çempionatının seçmə mərhələsinə start veriləcək.

YeniAvropa xəbər verir  ki, C, E, G və I qruplarında ümumilikdə 10 qarşılaşma keçiriləcək.

İlk günün maraq doğuran oyunu “Koning Boudevijn” stadionunda oynanılacaq. I qrupunda yer alan, dünya çempionatının bürünc mükafatçısı Belçika millisi Rusiya seçməsi ilə qarşılaşacaq.

Milli komandamız səfərdə Xorvatiya yığmasının qonağı olacaq. Zaqreb şəhərindəki 35 min azarkeş tutumuna malik “Maksimir” stadionunda təşkil olunacaq oyunu Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Georgi Kabakov olacaq. Ona Martin Marqaritov və Divan Valkov yan xətt hakimləri, Nikola Popov dördüncü hakim qismində kömək edəcək.

Bu görüş yığmamızın baş məşqçisi Nikola Yurçeviç üçün əlamətdir olacaq. Belə ki, xorvatiyalı mütəxəssis öz ölkəsində millimizin baş məşqçisi kimi debüt edəcək.

İndiyədək Azərbaycan və Xorvatiya milli komandaları iki dəfə üz-üzə gəliblər. Belə ki, final mərhələsi 2016-cı ildə Fransada baş tutan Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 2014-cü il oktyabrın 13-də səfərdə keçirilən oyun Xorvatiya millisinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bir il sonra sentyabrın 3-də Bakıda təşkil olunan matçda isə hesab açılmayıb.

“Avro 2020”nin seçmə mərhələsində Azərbaycan millisi Xorvatiya, Uels, Slovakiya və Macarıstanla birgə “E” qrupunda yer alıb.

Birinci günün oyunları aşağıdakılardır: